up
ara
‹ Tüm Benim Kısa Tarihim İncelemeleri

Benim Kısa Tarihim Kitap İncelemeleri

Luanna Josephina

Luanna Josephina

@luannajoseph

Eyer bir kara delikde olduğunuzu düşünürsünüzse, teslim olmayın, bir çıkış yolu var
Bu kitab zamanla ayaqlaşmağı bacaran şəxsin həyat yolundan bəhs edir.

Avtobioqrafik əsərdir. Alim öz həyatında və yaradıcılıq yolundan bəhs edir. Kitabda alimin xatirə şəkilləri də, yer alıb. Bu isə kitabı daha maraqlı hala salır. Dili başlıqda sadə gəlsə də, sonra fizika ilə əlaqəm olmadığı üçün çətinləşdi. Elmi araşdırmalarından bəhs etdiyi bölmədə müəyyən terminləri bilmədiyim üçün çətinlik çəkdim. Çətinliklərə rəğmən elmi araşdırmaları marağımda olan mövzulardan bəhs edirdi. Kitabdan sonra onun araşdırmalarını daha yaxşı dərk etmək üçün sənədli filmə baxdım.
Həyatından bəhs etdiyi bölmələrdə, ən çox marağıma səbəb olan bölmə uşaqlığından və valideynlərdən bəhs edən bölmədir. Hesab edirəm ki, insanların həyat yolu ən çox uşaq vaxt müəyyən olunur. Bu dövrdə olan təsirlər insanı müəyyən istiqamətlərə yönləndirir.
Həyat yoldaşı ilə olan münasibəti bizim düşüncələrə yaddır. Həkiminin ona ölüm diaqnozu qoyması, həyat yoldaşının müəyyən tədbirlər görməsinə səbəb olur. Bu tədbirlər biraz təəccübləndirdi.
Elmi araşdırmaları arasında zamanda səyahət bağlı olanlar maraq yaradır. Zamanda səyahəti fantastik hesab edirik. Alim elə elmi arqumentlər təqdim edir ki, zamanda səyahət fantastik olmaqdan çıxır. Amma bütün elmi arqumentlərə rəğmən bölmənin sonunda işlətdiyi cümlə insanın ümidlərini puç edir.
Qara dəliklər haqqında olan elmi araşdırmasıda maraq dairəmdə olan mövzudur. Qara dəliklərin hansısa dünyaya bir qapıdırmı?
Stivenin bir nitqində oxumuşdum, qara dəlikləri depressiya düşən insanlarla eyniləşdirir. Bildirir ki; "qara dəliklərin əslində göstərildiyi qədər qara və əvvəl düşünüldüyü kimi əbədi həbsxanalar deyil . Hər şey, qara dəlikdən xaricə və ya başqa bir dünyaya çıxa bilər. Dolayı yolla, əgər bir qara dəlikdə olduğunuzu düşünürsünüzsə, təslim olmayın, bir çıxış yolu var."
ataç ikon Benim Kısa Tarihim
kitaba puan vermedi
1 beğen · 0 yorum