up
ara

Seçilmiş Eserleri

Seçilmiş Eserleri Konusu ve Özeti

Seçilmiş Eserleri
İlk kitabı ile edebiyat dünyasına giren Bəxtiyar Vahabzadə tarafından kaleme alınan Seçilmiş Eserleri kitabı Vatan Sevgisi, Felsefe türünde okuyucusu ile buluşuyor. Öndər Nəşriyyat yayınevinden 2004 yılında 9952416112 isbn kodu ile kitapçılarda satışa sunulan Seçilmiş Eserleri isimli kitap 320 sayfadan oluşuyor. Seçilmiş Eserleri kitabını okuduysanız mutlaka oyunuzu, kitap incelemelerinizi ve alıntılarınızı bekliyoruz. Neokur kullanıcıları fikirlerinizi merak ediyor!
Yayınevi: Öndər Nəşriyyat
ISBN: 9952416112
Sayfa: 320 sayfa Basım Tarihi: 2004
Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Bəxtiyar şerini artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisəsinə çevrilibdir. O, poeziyamızı dövrün ağır sınaqlarında qoruyub saxlamağı bacaran, "öz sinəsində hər zərbəyə açıq, dərisi soyulmuş ürək gəzdirən" həqiqi milli şairdir.
Əsrin Şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Oxuculara dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şeirləri toplanmışdır.
Ramazanovaa_._

Ramazanovaa_._

@ramazanovaa

Azərbaycanın ən ən sevilən şairlərindən olan və çox gözəl şeirləri ilə seçilən
ataç ikon Seçilmiş Eserleri
kitaba 10 verdi
1 beğen · 1 yorum
Black Garden (@blackgarden)
Azerbaycan edebiyatı denince ilk akla gelen isim, Bahtiyar Vahapzade...
04.11.16 beğen cevap

Seçilmiş Eserleri - S41

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı deyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!…

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kesmədi?…

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Ramazanovaa_._ tarafından eklenmiştir.
Ramazanovaa_._

Ramazanovaa_._

@ramazanovaa

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
ataç ikon Seçilmiş Eserleri
kitaba 10 verdi, inceleme ekledi.
4 beğen · 0 yorum
Ramazanovaa_._

Ramazanovaa_._

@ramazanovaa

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.
ataç ikon Seçilmiş Eserleri
kitaba 10 verdi, inceleme ekledi.
4 beğen · 0 yorum
Ramazanovaa_._

Ramazanovaa_._

@ramazanovaa

Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...
ataç ikon Seçilmiş Eserleri
kitaba 10 verdi, inceleme ekledi.
4 beğen · 0 yorum
Ramazanovaa_._

Ramazanovaa_._

@ramazanovaa

Niyə bu günə düşdün
Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.

Bir vaxt sən də xan idin,
Vaxta hökmüran idin,
Dövlətlər quran idin,
İndi sənə nə oldu
A qullaşan millətim?

Daşından da zər bitər,
Yeddi arxana yetər.
Dilənçidən beşbetər
Yoxsullaşan millətim.

Namusuyla, arıyla,
Keçdiyi yollarıyla,
Böyük oğullarıyla
Oğullaşan millətim.

Savaş hünərləriylə,
Qəhrəman ərləriylə,
Böyük zəfərləriylə
Nağıllaşan millətim.

Dəmir qıran dişiylə,
İgidlik vərdişiylə,
Öz şanlı keçmişiylə
"Sağollaşan" millətim.

Bu xalqın öz övladı
Öz-özünü ovladı.
Səbrini buxovladı
Səbri daşan millətim.

Necə dözdün bir belə
Müsibətə, müşkülə?
Çəkdiyi sitəm ilə
A yollaşan millətim?

Nə gündəsən, nə gündə?
Qor qalmayıb külündə.
Qeyrətsizlər əlində
Bu gün çaşan millətim.

İstəyirəm çaşmaya,
Dərdiylə yollaşmaya,
Bir daha qullaşmaya
Xan oğlu, xan millətim.
ataç ikon Seçilmiş Eserleri
kitaba 10 verdi, inceleme ekledi.
4 beğen · 0 yorum
Ramazanovaa_._

Ramazanovaa_._

@ramazanovaa

Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.
ataç ikon Seçilmiş Eserleri
kitaba 10 verdi, inceleme ekledi.
3 beğen · 0 yorum